Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2021 10:00
ABŞ-ın Texas ştatının Fort Bliss şəhərində 11-ci Hava Müdafiə Topçu Briqadasının 11 hərbçisi antifrizdən zəhərlənib.
APA "Sputnik"ə istinadən xəbər verir ki, hərbçilər sözügedən maddəni spirtlə səhv salıblar.
"CBS News"a görə, hadisə yanvarın 28-də 10 günlük səhra təlimi başa çatdıqdan sonra baş verib.
Polkovnik-leytenant Allie Paynenin sözlərinə görə, hərbçilərin hamısı "William Beaumont" Ordu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrində səhra təlimləri zamanı spirtli içki qəbul etmək qadağandır. Ordu Komandanlığı hadisənin araşdırılması ilə bağlı göstəriş verib.