Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolçulardan daha çox “qırmızı” alıb - Superliqada anormallıq

Futbolçulardan daha çox “qırmızı” alıb - Superliqada anormallıq

Tarix: 31 Yanvar 2021 13:46

Türkiyə superliqasında ən çox qırmızı vərəqə alan məşqçi Marius Sumudica "Caykur Rizespor"dakı debüt matçında da meydandan qovulub.

Qol.az "NTV Spor"a istinadla xəbər verir ki, ruminiyalı mütəxəssis "Qaziantep"i çalışdırdığı vaxt bu mövsüm "Trabzonspor" və "Yeni Malatyaspor"la oyunlarda da "qırmızı" alıb.

Marius Sumudica dünən "Fənərbaxça" matçın 70-ci dəqiqəsində hakimə etirazlardan sonra cəzalandırılıb. Bununla da o, cari mövsümdə üçüncü qırmızı vərəqə görüb.

Maraqlıdır ki, bu mövsüm superliqada meydandan 3 dəfə qovulan futbolçu olmayıb. Ən çox cəzalandırllan 6 futbolçu hər biri 2 qırmızı vərəqə alıb.

Milli.Az


Etiketlər:  Futbolçulardan daha çox qırmızı alıb Superliqada anormallıq


RƏYLƏR