Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin-Bayden danışıqlarının təfərrüatları açıqlandı

Putin-Bayden danışıqlarının təfərrüatları açıqlandı

Tarix: 31 Yanvar 2021 16:48

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasındakı söhbət işgüzar və praktik oldu, iki ölkənin liderləri dialoq tələb edən dərin fikir ayrılıqlarının olduğunu etiraf etdilər.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu detalları Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, Putin və Bayden telefonla beynəlxalq münasibətlər və ikitərəfli gündəlikdəki məsələləri, o cümlədən - COVİD-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq imkanlarını, ABŞ-ın Açıq səma üzrə müqavilədən çıxması və CHB-3 müqaviləsinin uzadılması məsələlərini müzakirə ediblər.

"Açıqlıq ondan ibarətdir ki, tərəflər çox dərin fikir ayrılıqlarının olduğunu açıq şəkildə ifadə ediblər, lakin bununla yanaşı, razılaşıblar ki, bu fikir ayrılıqlarının olması dialoqun olmamasını nəzərdə tutmamalıdır", - deyə D.Peskov vurğulayıb.


Etiketlər:  Putin Bayden danışıqlarının təfərrüatları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ