Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Olanları yaddaşımdan silmişəm” - Aygün Brilliantdan danışdı

“Olanları yaddaşımdan silmişəm” - Aygün Brilliantdan danışdı

Tarix: 31 Yanvar 2021 18:45

Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" proqramının "33 sual" rubrikasının qonağı olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşovadan danışıb.

Belə ki, rubrikanın aparıcısı Ruslan Ağayev Kazımoyava içərisində Dadaşovanın fotosu olan zərf verib. Sənətçi bir vaxtlar yaxın rəfiqəsi olan B.Dadaşova haqqında bunları söyləyib:

"Bəli... Necə elan edirlər? Səhnəmizin Brilliantı... Yaşanan o xoş anlarda qalmaq istəyirəm. Ondan sonra olanları yaddaşımdan silmişəm.
Qoy mənim xatirəmdə o, gözəl qalsın. O gözəl an ki, onda biz mehriban idik: Zülfiyyə Xanbabayeva, mən və Brilliant. Vaqif Gərayzadə istədi bizdən "trio" qrupu yaratsın, alınmadı. Hər adam bədii rəhbər ola bilmir, ona görə.

Yenə o bağ olaydı... Gözəl söhbətlər edərdik... Bir bağçada oturardıq... Bir-birimiz haqqında gözəl müsahibələr verərdik".


Etiketlər:  Olanları yaddaşımdan silmişəm Aygün Brilliantdan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ