Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüz il sonra Türkiyə yenidən Cənubi Qafqazda... -

Yüz il sonra Türkiyə yenidən Cənubi Qafqazda... -

Tarix: 1 Fevral 2021 14:27

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı mühüm tarixi hadisədir. Mərkəzin açılışı ilə bağlı məsələ 10 noyabr Bəyanatında öz əksini tapmışdı. Geniş müzakirə predmetinə çevrilən Türk-Rus Birgə Monitorinq Mərkəzi nəhayət fəaliyyətə başlayıb. Bu mərkəz sülhün və təhlükəsizliyin tərəfdarı olan Azərbaycanın maraqlarına uyğundur. Bu proses isə Ermənistanı ciddi narahat edib. Təəssüf ki, bu, bəzilərinin təlaşına səbəb olmuşdu. Mərkəzin sadəcə sənəd üzərində mövcud olacağı iddia edilirdi.

Sonxeber.net bildirir ki, bunu teleqraf.com-a siyasi şərhçi Xəyal Bəşirov deyib.

Siyasi şərhçiyə görə, ölkə rəhbəri xalqımızın maraqlarına xidmət edən bütün vədlərini reallaşdırmaqda davam edir:

"Ermənistan tərəfi mərkəzin açılmasına qarşı bütün cəhdlərdən istifadə etdi. Buna baxmayaraq, mərkəz fəaliyyətə başladı. Təyinatından da göründüyü kimi sülhə və təhlükəsizliyə riayət edilməsi məqsədilə yaradılıb. Regionda işğala son qoyan Azərbaycan üçün hazırda ən önəmli məsələ sülh və təhlükəsizlikdir. Bu mərkəz sülhə təhlükə olan ermənilərin fəaliyyətinə nəzarət edəcək. Elə Ermənistan tərəfinin narahatçılığının arxasında duran əsas amil bu idi. Mərkəz əslində regionda rus sülhməramlı missiyasının maraqlarına uyğundur. Erməni təxribatına son qoymaq üçün rus hərbçilərinə ciddi əsas verəcək. Eyni zamanda, o ərazilərdə hələ də gizlənmiş erməni terrorçuları qalıb. Terrorçuların tərksilah edilməsi və qarşı tərəfin həmin şəxslərə hərbi əsir statusunun vermək cəhdləri alınmayacaq. Çünki, artıq bu prosesə dördüncü tərəf nəzarət edəcək".

Xəyal Bəşirov qeyd edib ki, mərkəz rus sülhməramlılarının addımlarına nəzarət ilə bağlı da mühüm əhəmiyyət daşıyır:

"Azərbaycanın maraq və mənafelərinə ziddiyyət daşıyacaq həddən kənara çıxılmasının qarşısı alınacaq. Sülhməramlılar xəritə çəkmək və əsassız toponimlər kəşf etməklə məşğul ola bilməyəcək. Mövcud qanuni xəritələr əsasında missiyalarını həyata keçirməklə məşğul olacaq".

Şərhçinin fikrincə, mərkəzin fəaliyyəti Rusiyanın digər ölkələrdəki missiyasından fərqləndirən cəhət olacaq:

"Bu mərkəzdə fəaliyyət göstərəcək türk hərbçilərinin gəlişi ilə yüz il sonra Türkiyə Cənubi Qafqaza daxil olur. Bununla regionda yeni bir tarixi prosesin əsası qoyulur".


Etiketlər:  Yüz sonra Türkiyə yenidən Cənubi Qafqazda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ