Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus böhranına görə Avstriyanın dövlət büdcəsi ötən ili 22,5 milyard avro kəsirlə başa vurub

Koronavirus böhranına görə Avstriyanın dövlət büdcəsi ötən ili 22,5 milyard avro kəsirlə başa vurub

Tarix: 1 Fevral 2021 19:50

Koronavirus böhranı ilə əlaqədar Avstriyanın dövlət büdcəsi 2020-ci ili 22,5 milyard avroluq kəsirlə başa vurub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Avstriya Federal Maliyyə Nazirliyi ötən il dekabr ayının yekunlarına dair məlumatlar əsasında yayıb. Nazirliyin məlumatında göstərilib ki, 2019-cu illə müqayisədə büdcə gəlirləri 8,4 faiz azalıb, bunun müqabilində isə büdcə xərcləri 22 faiz artıb. Hazırda koronavirusa qarşı mübarizə tədbirləri nəticəsində əhali və sahibkarlıq subyektlərinə 31 milyard avro vəsait qismən ödənilib və digər hissəsinin ödənişi nəzərdə tutulur.

Maliyyə naziri Qernot Blümel bildirib ki, pandemiya ölkədə ictimai və iqtisadi həyata hələ uzun illər öz təsirini göstərəcək və bu təsir indidən dövlət büdcəsində aydın şəkildə müşahidə olunur. Böhran indiyədək dövlət büdcəsində 22,5 milyard avroluq kəsirə səbəb olub, belə ki, ötən ilin büdcə gəlirləri 73,6 milyard avro, xərcləri isə 96,1 milyard avro təşkil edib. Nazir böhranın dövlət büdcəsinə təsirlərinin ciddi olması ilə yanaşı, bu xərclərin alternativsiz olduğunu da diqqətə çatdırıb. Qeyd edilib ki, ötən il koronavirusla mübarizə yardımları çərçivəsində artıq 20,8 milyard avro həcmində ödəniş və vergilərdən azadetmə tədbirləri həyata keçirilib.


Etiketlər:  Koronavirus böhranına görə Avstriyanın dövlət büdcəsi ötən milyard avro kəsirlə başa vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ