Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da COVID-19 əleyhinə vurulan peyvəndlərin sayı 31 milyon dozanı keçib

ABŞ-da COVID-19 əleyhinə vurulan peyvəndlərin sayı 31 milyon dozanı keçib

Tarix: 1 Fevral 2021 20:22

Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin dərc etdiyi hesabata müvafiq olaraq, bazar gününə olan vəziyyətə görə, ABŞ-da COVID-19 əleyhinə 31 milyon doza vaksin tətbiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günədək 31.123.299 doza vaksin paylaşdırılıb.

Ötən həftə Ağ evin yeni başçısı Co Bayden onun prezidentliyinin ilk 100 günü dövründə ölkə üzrə 150 milyon doza vaksinin bölüşdürüləcəyini vəd edib və Birləşmiş Ştatların yayadək "qrup şəklində immunitetə" nail olacağına ümidvar olduğunu bildirib.

Cons Hopkins Universitetinin son məlumatına görə, şənbə günü ABŞ-da COVID-19-a 135.252 yeni yoluxma halı qeydə alınıb, xəstəlikdən 2640 ölüm halı baş verib. Beləliklə, pandemiya başlanandan bəri ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 26.147.162 nəfər təşkil edir. Bu müddət ərzində 440.843 nəfər xəstəliyin qurbanına çevrilib.

Milli.Az


Etiketlər:  ABŞ da COVID 19 əleyhinə vurulan peyvəndlərin sayı 31 milyon dozanı keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ