Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağdamın 5 kəndi minalardan tam təmizlənib

Ağdamın 5 kəndi minalardan tam təmizlənib

Tarix: 2 Fevral 2021 15:34

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunun işğaldan azad edilən 5 kəndinin ərazisi mina və partlayıcı qurğulardan tam təmizlənib.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevb deyib.

Qurum rəsmisi bildirib ki, hazırda digər kəndlərin ərazilərində təmizlənmə işləri davam etdirilir:

"Artıq rayonun işğaldan azad edilən Ağdamkənd, Sarıcalı, Bağmanlar, İsmayılbəyli və Mərzili kəndlərinin ərazisi minalardan tam olaraq təmizlənib. Hazırda Şahbulaq, Cəvahirli və digə kəndlərdə təmizlənmə işləri davam etdirilir".


Etiketlər:  Ağdamın 5 kəndi minalardan tam təmizlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ