Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçayda 772 nəfər koronavirusa qarşı peyvənd edildi

Göyçayda 772 nəfər koronavirusa qarşı peyvənd edildi

Tarix: 2 Fevral 2021 16:14

Göyçay rayonunda koronavirus infeksiyasına qarşı tibb işçilərinin peyvəndlənmə prosesi davam etdirilir.

Göyçay rayon Mərkəzi Xəstəxanasından Sonxeber.net-a verilən məlumata görə, yanvarın 21-dən peyvəndlənmə prosesi aparılır:

"Bu günə qədər artıq 772 nəfər səhiyyə işçisi peyvəndlənib. Ümumilikdə, 1070 nəfər səhiyyə tibb işçisi var. Onlardan bəziləri COVID -19 virusuna yoluxduğu üçün həmin şəxslərə peyvənd vurulmayacaq. Bundan başqa tibb işçiləri arasında 36 nəfər analıq məzuniyyətində olduğundan həmin şəxslər də peyvəndlənmə prosesindən kənarda qalacaq. Qalan şəxslərin hamısı könüllü peyvənd olunmaq üçün müraciət edib. Hazırda proses davam etdirilir".


Etiketlər:  Göyçayda nəfər koronavirusa qarşı peyvənd edildi


RƏYLƏR