Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya çempionu ''Şalke''də

Dünya çempionu ''Şalke''də

Tarix: 2 Fevral 2021 16:36

Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Arsenal"dan Şkodran Mustafini heyətinə qatıb.

Almaniya yığmasının da üzvü olan 28 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, "Hamburq"un yetirməsi olan Mustafi 2016-cı ildən "Arsenal"da çıxış edirdi. Şkodran 20 oyuna çıxdığı Almaniya yığmasının heyətində 2014-cü ildə dünya çempionu olub.

Milli.Az


Etiketlər:  Dünya çempionu Şalkedə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ