Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 10:00
Bakı. Trend:
Rəsmi Vaşinqtonun, hərbi sənaye ilə əlaqəli olan "Kommunist Çin Hərbi Şirkətləri"-nə aid etdiyi şirkət siyahısını genişləndirərək, keçmiş Trump administrasiyası daha 9 Çin şirkətini buraya əlavə edib. Istefasından əvvəl Donald Tramp Xiaomi-ni də qara siyahıya salmağa müvəffəq olmuşdur. Sözü gedən bu vəziyyət dünyada üçüncü, Çində isə ikinci ən böyük smartfon istehsalçısı olan, tanınmış Xiaomi-nin maliyyə vəziyyətində dərhal özünü büruzə verərək, şirkətə bir mənalı təsir etmişdir. Belə ki, qeyd edilən bəyanat işıq üzü gördükdən sonra, Xiaomi Corp. səhmləri rekord göstərici olan 10% enmişdir. Xəbərin nəşr olunduğu andan şirkətin qiymətli kağızlarının qiyməti mövqeyindən qismən "geriləyərək" bir gün əvvəlki 32.65 Hong Kong dollrına qarşı 29.30 dollar təşkil etmişdir. Qeyd edək ki, brendə smartfon yığılmasında kömək edən FIH Mobile Ltd.-nin də səhmlərinin qiymətində təxminən 14% azalma müşahidə olunmuşdur. Komponent tədarükçüsü kimi fəaliyyət göstərən Largan Precision Co., Sunny Optik Technology Group Co. və AAC Technologies Holdings Inc mövqelərində isə keçən həftədən geriləmə müşahidə olunur.
Qlobal xəbər agentliyi Reuters-in məlumatına görə, Xiaomi və bir sıra digər Çin istehsalçılarının "istənilməyən" şirkətlər siyahısına daxil edilməsi Trampın Çinlə ticarət müharibəsinin gücləndirilmə cəhdindən başqa bir şey deyil. Belə ki, keçmiş prezident Çində texnoloji seqmentin inkişafının qarşısı almaq, Pekinlə münasibətləri gərginləşdirmək və Çin korporativ maraqlarına qarşı təzyiqləri sərtləşdirmək istədiyi düşünülür. Bu səbəbdən də Huawei markası ilə yanaşı sözü gedən bu sanksiyalara bir çox digər texnologiya nəhəngi məruz qalmışdır. Belə olan vəziyyətdə, Google da daxil olmaqla bir çox Amerika şirkəti ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalan Huawei, cihazlarında Android əməliyyat sisteminin istifadəsindən imtina etməli olmuşdur.
Xatırladaq ki, Xiaomi-nin təməli 10 il əvvəl milyarder sahibkar Lei Jun tərəfindən qoyulmuşdur, Amerika çip istehsalçısı Qualcomm Inc. isə şirkətin ilk sərmayəçilərindən bir olmuşdur. Bu illər ərzində şirkət böyüyərək, Avropa və Hindistan bazarlarına çıxmaqla yanaşı, ölkənin ən tanınmış markalarından birinə çevrilmişdir. Lakin, bu nailiyyətlərə baxmayaraq, səhmdarlar mövcud vəziyyət və ABŞ Müdafiə Nazirliyinin Huawei-yə qarşı icra etdiyi "təqibinin" nəticələrindən son dərəcə narahatçılıq yaşa bilərlər. Belə ki, Amerikalı təchizatçılarla əlaqəsi kəsilən Huawei, Honor smartfon biznesini satmaq məcburiyyətində qalmışdır. Lakin, Huawei-dən fərqli olaraq, Xiaomi üçün bu günə qədər Google və Qualcomm ilə ticarət əməkdaşlığı imkanlarına heç bir maneə törədilməmişdir. Buna baxmayaraq, Amerikalı investorların Xiaomi-yə investisiya yatırması qadağan edilmiş, mövcud səhmlərindən isə 11 Noyabr 2021ci il tarixinə qədər imtina etmələri tələb olunmuşdur. Ən əsası isə, qadağa aradan qaldırılmasa, smartfon istehsalçısı ABŞ birjalarından və qlobal etalon indekslərindən kənarlaşdırıla biləcəyi gözlənilir. Və bununlada müəyyən etmək olar ki, vəziyyət son dərəcə qeyri-sabitdir və bu məsələnin necə sonlanacağı hələ də tam aydın deyil.