Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 12:38
Bakı. Ceyhun Ələkbərov - Trend:
Füzuli rayonunda vaksinasiyanın ikinci mərhələsinə start verilib.
Bu barədə Trend-ə Füzuli rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, bununla paralel tibb işçilərinin də vaksinasiyası davam edir:
“Yaşı 65-dən yuxarı şəxslər, hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyəti və eləcə də dializ alan xsətlərə vaskin vurulur. Bundan əlavə ayın 18-dən başlanan səahiyyə işçilərinin də vaksinasiya prosesi davam etdirilir və yekunlaşmaq üzrədir. Artıq bu günə kimi 600-dən çox vətəndaşa vaksin vurulub. Vaksinasiya üçün 7 otaq yaradılıb ki, bunlardan biri də vaksin vurulandan sonra pasiyentlərin yarım saat ərzində nəzarət altında saxlanılması üçündür”.