Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 12:44
Bakı. Orxan Nəbiyev - Trend:
Yerevanda Ermənistan parlamenti qarşısında davam edən etiraz aksiyasında 10-a yaxın şəxs polis tərəfindən saxlanılıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar "Satqın Nikol", "Satqın polis" şüarları səsləndirib.
Son məlumatlara əsasən, polis 8 nəfəri bölməyə aparıb.
Eyni zamanda etirazçıların Yerevanın mərkəzindəki Respublika meydanına yürüş etdiyi deyilir.