Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 07:16
Sinqapur hökuməti may ayında ölkədə keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun təxirə salındığını bəyan edib.
TASS xəbər verir ki, tədbir 17-20 avqustda təşkil olunacaq.
"Tədbirin təşkilatçıları forumun təxirə salınması ilə bağlı Sinqapur hökumətinə müraciət ediblər. Bu qərar ölkədə və dünyada koronavirusla bağlı vəziyyətin hələ də normallaşmadığı üçün verilib", - deyə Sinqapur Ticarət və Sənaye Nazirliyinin bəyanatında qeyd olunub.
Xatırladaq ki, Dünya İqtisadi Forumunun əvvəlcə 13-16, sonra isə 25-28 mayda keçiriləcəyi bildirilirdi.