Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatala sakinlərindən odlu silah götürülüb (FOTO)

Zaqatala sakinlərindən odlu silah götürülüb (FOTO)

Tarix: 4 Fevral 2021 11:03

Bakı. Samir Əli - Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Zaqatala sakinlərindən odlu silah götürülüb (FOTO) - Gallery Image Zaqatala sakinlərindən odlu silah götürülüb (FOTO) - Gallery Image Zaqatala sakinlərindən odlu silah götürülüb (FOTO) - Gallery Image


Etiketlər:  Zaqatala sakinlərindən odlu silah götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ