Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəbrayıl polisi silah-sursat aşkarladı

Cəbrayıl polisi silah-sursat aşkarladı

Tarix: 5 Fevral 2021 11:21

Bakı. Samir Əli - Trend:

Cəbrayıl polisi silah-sursat aşkarlayıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Rasif Cəfərovun Biləsuvar rayonu ərazisində Cəbrayıl və digər rayonlardan olan məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədə yerləşən yaşadığı evdən 1 ədəd “AKM” markalı silah, 1 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.

R.Cəfərovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


Etiketlər:  Cəbrayıl polisi silah sursat aşkarladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ