Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2019 16:36
Bakı. Trend:
Kürdəmir rayonu ərazisində taksi sürücüsünə qarşı törədilən quldurluq hadisəsinin üstü polis əməkdaşlarının peşəkarlığı sayəsində qısa zamanda açılıb və cinayəti tərədən şəxslərin saxlanılaraq istintaqa təqdim ediliblər.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin kimi əyləşən 3 nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16 bıçaq xəsarəti yetiriblər. Sürücü ona hücum edən şəxslər canını qurtaqmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.
Hadisə barədə məlumat daxil olan kimi Kürdəmir Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə təqsirli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər hadisə günü əvvəlcədən qurduqları plana əsasən Bakı-Qazax avtomobil yoluna çıxıblar. Onların məqəsədi isə avtomobil saxlatdıraraq sərnişin kimi əyləşib yolda üzərlərində olan kəsici alətlərlə sürücüyə hücum edib pulunu əldə etmək olub. Hadisə zamanı dəstə üzvləri izi itirmək məqsədi ilə sürücüyə yaşadıqları rayonun ərazisində yox, kənarda hücum edərək quldurluq cinayəti törədiblər.
Qeyd edək ki, saxlanılan şəxslər quldurluq yolu ilə zərərçəkənin 34 manat pulunu ələ keçiriblər. Hadisə zamanı bıçaq xəsarəti alan Yaşar Səmədov üzləşdiyi cinayətin qısa zamanda açılmasını təmin etdiyi üçün polis əməkdaşlarına təşəkkürünü bildirib.
Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirlir. Polis əməkdaşları dəstə üzvlərinin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Kürdəmir RPŞ-yə müraciət edə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin