Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 15:10
"Qalatasaray" hücumçusu Radamel Falkao ilə yollarını ayırmağa yaxındır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Kolumbiya millisinin üzvü karyerasını ABŞ-da davam etdirməyə hazırlaşır.
İspaniyadakı müalicəsini başa vurduqdan sonra Türkiyəyə qayıdan və kollektivə qoşulan ulduz futbolçu MLS liqasında mübarizə aparan "Neşvill" klubu ilə ilkin razılığa gəlib. ABŞ-da "transfer pəncərəsi" fevralın 10-da açılacaq və Falkaonun keçidinin həmin gün açıqlanması gözlənilir. Bu səbəbdən 35 yaşlı forvard fevralın 6-da Türkiyə Super Liqasının XXIV turunda "Fənərbaxça" ilə keçiriləcək derbidə son dəfə meydanda olmaq arzusundadır.
Qeyd edək ki, Radamel Falkao "Qalatasaray"a 2019-cu ildə "Monako"dan keçib.