Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ARDNF bu il ''Şahdəniz''dən əldə etdiyi gəlirinin həcmini açıqlayıb

ARDNF bu il ''Şahdəniz''dən əldə etdiyi gəlirinin həcmini açıqlayıb

Tarix: 5 Fevral 2021 22:08

Bu ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 3 538 min ABŞ dolları təşkil edib.

Bu barədə Sonxeber.net-a ARDNF-dən bildirilib.

Məlumata görə, "Şahdəniz"dən Fonda daxil olan vəsaitlərin hamısı qaz kondensatın payına düşüb.

Xatırladaq ki, ötən il (01.01.2020 - 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator - 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.


Etiketlər:  ARDNF Şahdənizdən əldə etdiyi gəlirinin həcmini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ