Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2019 21:00
"Tottenhem" aparıcı futbolçusu Kristian Erikseni komandada saxlamaq istəyir.
Qol.az-ın "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, London klubu danimarkalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib. Əgər 27 yaşlı oyunçu komandada qalmağa razılıq versə, həftəlik gəliri 200 min funt-sterlinq təşkil edəcək.
Qeyd edək ki, Eriksenin "Tottenhem"lə 2020-ci ilin yayına qədər sözləşməsi var. Təcrübəli futbolçunun hazırkı qazancı həftəlik 80 min funtdur.