Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 12:50
Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hərbçinin qalıqları Hadrut ərazisində aşkarlanıb. Onun kimliyi hələ ki, müəyyənləşdirilməyib. Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 365-ə yüksəlib.
Hazırda axtarış işləri Cəbrayıl və Hadrut istiqamətlərində davam etdirilir.