Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Noyer Bundesliqada yeni rekorda imza atdı

Noyer Bundesliqada yeni rekorda imza atdı

Tarix: 6 Fevral 2021 15:08

Manuel Noyer futbol üzrə Almaniya Bundesliqasında unikal rekorda imza atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 34 yaşlı qolkiper Bundesliqa çərçivəsində eyni rəqibə qarşı 16 ardıcıl qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacaran ilk futbolçuya çevrilib.

O, bunu ötən gecə Bundesliqanın 20-ci turu çərçivəsində "Herta"ya qarşı keçirdikləri oyunda rəsmiləşdirib. Münhen təmsilçisi bu görüşdə 1:0 hesabıyla qalib gəlib.

Noyer daha öncə də Almaniya çempionatı çərçivəsində "Herta"ya qarşı keçirilmiş oyunlarda qapısını toxunulmaz saxlamağı bacarmışdı.

Qeyd edək ki, "Bavariya" geridə qalan turlarda topladığı 48 xalla Bundesliqanın lideridir.

Milli.Az


Etiketlər:  Noyer Bundesliqada yeni rekorda imza atdı


RƏYLƏR