Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2019 11:16
PSJ-nin idman direktoru Leonardo Neymarın komandadakı gələcəyindən danışıb.
Qol.az-ın "Le Parisien" nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəsmisi braziliyalı hücumçuya görə təklif almadıqlarını bildirib:
"Açığı, son danışığımızdan sonra heç nə dəyişməyib. Hər hansı hərəkətlilik yoxdur. Ümumiyətlə, Neymara görə konkret təklif almamışıq. O, bizimlədir, PSJ-nin futbolçusudur. Təkrar edirəm, təklif yoxdur. Bu vəziyyət artıq 10 gündür davam edir".
Qeyd edək ki, PSJ-də qalmaq istəməyən Neymarın adı "Barselona", "Real" və "Yuventus"la hallanır.