Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 21:44
Ötən il Litva sakinlərinin müddəti keçmiş kreditlərinin məbləği təxminən 400 milyon avro təşkil edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Creditinfo Lietuva" şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, ötən il ümumilikdə 163 min nəfərin müddəti keçmiş borcu olub. 114 min nəfərin bir, 30 min nəfərin iki, 10 mindən çox insanın isə üç olmaqla müddəti keçmiş borcu olub.
"Creditinfo Lietuva" şirkətinin hüquqşünası Dovile Krikşyukayte Litvada əsasən Klaypedada daha çox sayda borclu sakinin olduğunu deyib. Onun sözlərinə görə, hər bir sakinin borcu barədə məlumat ən azı 10 il saxlanılır, borclarını ödəmiş şəxs isə minimum 2 il izlənilir.
Borcu olan sakinlərin məlumat bazası üzrə təhlillər göstərir ki, adətən qadınlar maliyyə öhdəliklərinə daha çox məsuliyyətlə yanaşırlar. "Creditinfo Lietuva" şirkətinə görə, Litvada kişilərin 69 faizi, qadınların isə 31 faizi borclarını tam ödəməyiblər. Borcu olan şəxsin qaytarmalı olduğu vəsaitin orta məbləği 1490 avro, ən yüksək məbləği isə 4,6 milyon avro təşkil edir.