Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polimiozit

Polimiozit

Tarix: 9 Fevral 2021 07:42

Polimiozit autoimmun sistem xəstəlik olub əzələ toxumasının patologiyası ilə özünü biruzə verir.Xəstəlik əzələlərdə zəiflik,ağrı və atrofiyalaşma ilə özünü biruzə verir.Xəstəlik zamanı əvvəlcə əl və ayaqlarda,sonra isə daxili orqanlarda patologiyalar meydana çıxmağa başlayır.
Polimiozit 15 yaşına qədər uşaqlarda və 60 yaşdan yuxarı olan adamlarda əmələ gəlir və ən çox bu xəstəliklə qadınlar xəstələnir.
Xəstəliyin əmələ gəlmə səbəbi hələ də tibb elm adamları tərəfindən araşdırılır. Amma,xəstəliyin əmələ gəlməsidə sitomeqalovirus və Koksaki virusunun rolu olduğu danılmır.Xəstəlik uşaqlara xəstə valideyinlərindən keçir və irsi xarakter daşıyır.Xəstəliyin əmələ gəlməsində aşağıdakı xarici  faktorların rolu böyükdür:
* orqanizmin soyuqlamasının
* orqanizmdə olan xroniki infeksiyalar
* nəm evdə yaşayış
* müxtəlif travmalar
* dərman allergiyaları
* müxtəlif dəri xəstəlikləri
Gedişinə görə polimiozitin 3 növü ayırd edilir.
Kəskin formada xəstədə təsadüfən udma aktının pozulduğunu hiss edir,boğaz daxil olmaqla bütün yumşaq əzələlər atrofiyalaşır,ürək və ağ ciyərlər öz funksiyasını itirir.
Yarımkəskin formada orqanlarda baş verən iltihabi proseslər orta sürətlə getdiyinə görə əzələlərin atrofiyalaşmasi da tədricən baş verir.
Xəstəliyin xroniki forması proses ləng inkişaf edir.
Polimiozid zamanı xəstələrin zələlərinda baş verən atrofiyalaşmaya görə xəstələr əmək qabiliyyələrini itirirlər.Xəstəliyə vaxtında diaqnoz qoyulub müalicə edildikdə isə xəstəlik çox ləng inkişaf edir və xəstələr əmək qabiliyyətlərini itirmirlər.
Simptomları
Polimiozit zamanı əvvəlcə baldır əzələləri ağrayır,sonra ağ ciyərlərdə iltihabı proseslər başlayır.Daha sonra ürək fəaliyyətində pozulmalar meydana çıxır və mədə-bağırsaq traktı pozulur.Prosesə digər əzələlər qoşulduqca,əzələlər öz gücünü itirir və sonra atrofiyalaşır.Daxili orqanların əzələlərində patoloji dəyişikliklər getdikcə nəfəsalma,udma, çeynəmə çətinləşir,xəstə güclə danışır.Xəstənin ətraflarında ödemlər meydana çıxır,ən çox diz oynağı ödemləşir.Son mərhələdə daxili orqanların iltihabı xəstəlikləri baş verir,pnevmoniya,ürək çatışmazlığı,bağırsaq keçməzliyi inkişaf edir.
Diaqnoz
Xəstəliyə diaqnozun qoyulmasında qanın kliniki və biokimyəvi analizləri,fermentlər,hormonlar yoxlanılır.Əzələ kütləsindən götürülmüş biopsiya nümunəsi xəstəliyin diaqnozunun təsdiqlənməsində böyük rol oynayır.
Müalicə
Xəstəliyin gedişinə,dərəcəsinə uyğun olaraq aparılır.Müalicədə qlükokortikoidlərdən,prednizalondan istifadə edilir.Xəstəyə antidepressantlar və plazmafarez təyin edilir.


Etiketlər:  Polimiozit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ