Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 08:14
Bakının Səbail rayonunda 31 yaşlı kişi bıçaqlanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Arif İsmayılov küçəsində yerləşən parkda baş verib.
Biləsuvar sakini, 1990-cı il təvəllüdlü Məmmədov Mais Şöhlət oğlu parkda gəzərkən iki nəfərin hücumuna məruz qalıb. Nəticədə onun sağrı nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.