Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gözə yad cismin düşməsi

Gözə yad cismin düşməsi

Tarix: 9 Fevral 2021 08:18

Gözə xaricdən daxil olan hər bir cisim yad cisim hesab edilir. Gözə daxil olan yad cisim ölçüsündən asılı olmayaraq gözdə çox böyük narahatçılıqlara səbəb olur. Bəzən adi kül dənəciyi belə gözə düşdükdə həssas göz quruluşunu qıcıqlandırır və xəstəni narahat edir. Gözə yad cisim düşdükdə bu uzun müddət narahatçılıq hissi əmələ gətirməklə yanaşı gözdə qalıcı zədələnmələrə də səbəb ola bilir. Mütəxəssislər gözə yad cisim düşdüyü halda onun xəstə yaxınları tərəfindən çıxarılmasını məsləhət bilmirlər. Onlar yad cismin göz həkimləri tərəfindən çıxarılmasını məsləhət bilirlər.
Gözə düşən yad cismi sərt əşya ilə çıxartmaq olmaz. Bu gözün sağlamlığı üçün çox təhlükəlidir. Gözə düşən cismi çıxarmaq üçün sərt hərəkətlərlə gözə toxunmaq və manevrlər etmək qəti qadağandır. Yad cismi gözdən çıxarmaq üçün istifadə edilən ən pis yöntəm diş çöpündən istifadə edilməsidir. Həkimlər bu üsulla gözlərin zədələnməsinə səbəb olan hadisələrlə tez-tez rastlaşdıqlarını deyirlər. Bəzi hallarda kiprik də geri qatlanaraq gözə girə bilir. Bu zaman xəstələr gözlərinin qıcıqlanmasından, yaşarmadan və qızartıdan şikayət edirlər. Kipriyin qatlanaraq gözə girməsi tibbi praktikada daha çox rast gəlinən patologiyalardan hesab edilir. Bu patologiyanı aradan qaldırmaq üçün gözü geniş açaraq sağa-sola, yuxarıya-aşağıya hərəkət etdirmək və yaş pambıq parça vasitəsilə kipriyi gözdən xaric etmək lazımdır.


Etiketlər:  Gözə cismin düşməsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ