Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 09:34
İran ictimaiyyətinin hakimiyyətin siyasətindən narazılıq səviyyəsi görünməmiş həddə çatıb.
"Qafqazinfo" "dolatebahar" portalına istinadən xəbər verir ki, belə bir bəyanatla İranın eks-Prezidenti Mahmud Əhmədinejad çıxış edib.
"Bu gün narazılığın səviyyəsinin nə qədər yüksək olduğunu dərk etmək üçün küçəyə çıxmaq kifayətdir. Ölkədə bu cür gərginlik hələ heç vaxt müşahidə olunmayıb", - eks-Prezident deyib.
Əhmədinejadın sözlərinə görə, rejimə qarşı çıxış edənlərin hamısını "inqilab düşməni" adlandırırlar. "Bu gün artıq bütün xalq etiraz edir. Məgər onların hər biri inqilabın düşmənidir?" - eks-Prezident qeyd edib.
Əhmədinejad bildirib ki, əslində, inqilabın əleyhinə olanlar hakimiyyətdə ola-ola öz vəzifələrini yerinə yetirməyənlərdir.
Qeyd edək ki, Mahmud Əhmədinejad İrana 2005-2013-cü illərdə rəhbərlik edib.
Əhmədinejadın 2017-ci ildə Prezident vəzifəsinə namizədliyi İran Konstitusiya Keşikçiləri Şurası tərəfindən rədd edilib.