Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 14:15
Bakı. Orxan Nəbiyev - Trend:
Azərbaycanın azad edilmiş ərazilərində 30 ildir tamamilə məhv edilmiş ruhlar şəhərinin şahidi oldum.
Trend-in məlumatına görə, bunu azad edilən əraziləri ziyarət etmiş israilli ravvin Zamir İsayev İsrailin "Jerusalem Post" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında ötən il baş vermiş müharibə uzun müddət davam edən qarşıdurmaya son qoysa da, münaqişənin izləri və dağıntılar bu gün də qalmaqdadır:
“Səfərimin ən vacib nöqtəsi Zəngilan rayonu idi. Burada tikililərin çoxu demək olar sökülüb. Erməni işğalçıları qətiyyən həmin ərazidə məskunlaşmağı planlaşdırmayıblar və bu yerləri dağıtmağa çalışmaqla buranı özlərininki hesab etmədiklərini sübut ediblər”.
Ravvin, həmçinin Azərbaycan ordusunda döyüşən yəhudilərin cəmiyyətimizin və bütün ölkənin qüruru olduqlarını əlavə edib.
Qeyd edək ki, Z.İsayev Bakıda anadan olub və İsraildə böyüyüb, lakin daha sonra yenidən Bakıya qayıdıb və məzunlarının çoxu Azərbaycan torpaqlarının azadlığı üçün müharibədə iştirak edən yəhudi məktəbinin direktoru olub.