Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa komissarları ''Cənub Qaz Dəhlizi'' Məşvərət Şurasının iclasında iştirak edəcək

Avropa komissarları ''Cənub Qaz Dəhlizi'' Məşvərət Şurasının iclasında iştirak edəcək

Tarix: 9 Fevral 2021 17:10

Energetika məsələləri üzrə Avropa komissarı Kadri Simson və Qonşuluq və genişlənmə siyasəti məsələləri üzrə Avropa komissarı Oliver Varheyi "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 7-ci iclasında iştirak edəcək.

Bu barədə Sonxeber.net-a Avropa Komissiyasından bildiriblər.

Qeyd edək ki, komissarlar iclasa videoformatda qoşulacaqlar.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 1-ci iclası 2015-ci il fevralın 12-də, 2-ci iclası 2016-cı il fevralın 29-da, 3-cü iclası 2017-ci il fevralın 23-də, 4-cü iclası 2018-ci il fevralın 15-də, 5-ci iclası 2019-cu il fevralın 20-də, 6-cı iclası 2020-ci il fevralın 28-də keçirilib.


Etiketlər:  Avropa komissarları Cənub Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ