Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşır

Tarix: 10 Fevral 2021 12:44

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,58 ABŞ dolları və ya 0,95% artaraq 61,69 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub. Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) - 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.

Milli.Az


Etiketlər:  Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ