Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 16:15
“Xiaomi” şirkətinin baş direktoru Lu Vaybinq “Xiaomi Redmi K40” smartfonunun fevralın 25-də rəsmən təqdim ediləcəyini bəyan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, ancaq “MyDrivers” portalı elan edilmiş tarixə iki həftə qalmış öz mənbələrinin məlumatına istinadən qurğunun bütün texniki xüsusiyyətlərini dərc edib.
“Redmi K40” aparatı 3200x1440 piksel təsvir ölçülü 6,81 düym ekrana malik olacaq.
Ekran görüntüsü əsasında qurğunun əsas kamerasının texniki xüsusiyyətləri haqqında məlumat əldə etmək mümkün olub. Şəkillərə əsasən, “Redmi K40” aparatının əsas kamerası 4 sensordan (təsvir ölçüləri 108, 8, 5 və 2 meqapiksel) ibarət olacaq.
Selfi çəkilişi üçün 30 mp-lik ön kamera nəzərdə tutulub.
Standart konfiqurasiya 6 QB əməli yaddaşa və 128 QB daxili yaddaşa malik olacaq.
“K40” smartfonunun qiymətinin 400 dollardan aşağı olacağı gözlənilir.
Emil Hüseynov