Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 10:34
Tvitter sosial şəbəkəsi ABŞ-ın keçmiş Prezidenti Donald Trampın patformasını blokdan çıxarmayacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin maliyyə məsələləri üzrə vitse-prezidenti Ned Siqal bildirib:
"Bizim siyasətimiz belədir: əgər siz platformadan silinmisinizsə, şərhçi, maliyyə direktoru, keçmiş və ya indiki siyasətçi olmağınızdan asılı olmayaraq, ora qaytarılmırsınız. Yəni, şirkətin qaydalarına əsasən istifadəçinin sosial statusundan asılı olmayaraq, platformaya qayıdışına icazə verilmir".
Qeyd edək ki, tvitterlə yanaşı, feysbuk, instaqram və digər sosial şəbəkələr Trampın hesablarını müxtəlif müddətədək bloklayıb. Bu qərardan sonra Trampın müşaviri açıqlama verərək onun sosial şəbəkələr olmadan daha xoşbəxt yaşadığını demişdi.