Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 20:52
Bakı. Orxan Nəbiyev - Trend
ABŞ-ın "Microsoft" şirkəti "Pinterest" fotohostinqini 51 milyard dollara satın almaq istəyib.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti xəbər verib.
Qeyd olunur ki, saziş baş tutsaydı, bu, "Microsoft"un tarixində ən iri satınalma əməliyyatı olacaqdı. Hazırda tərəflər arasında danışıqların davam etmədiyi deyilir.
Koronavirus pandemiyası dövründə "Pinterest"in bazar dəyəri 600 faiz yüksəlib.