Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Opera Euro Rapid”: Teymur Rəcəbov yarımfinal mərhələsinin birinci günündə ABŞ təmsilçisinə uduzub

“Opera Euro Rapid”: Teymur Rəcəbov yarımfinal mərhələsinin birinci günündə ABŞ təmsilçisinə uduzub

Tarix: 12 Fevral 2021 01:24

Bakı. Trend:

Fevralın 11-də Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” adlı üçüncü mərhələsinin yarımfinalının ilk matçında mübarizə aparıb.

Trend-in məlumatına görə, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Soya birinci partiyada məğlub olsa da, ikinci oyunda daha inamla çıxış edərək hesabı bərabərləşdirib. Üçüncü partiyada rəqib yenidən üstün oyun nümayiş etdirib. Sonuncu partiya isə heç-heçə başa çatıb. Beləliklə, şahmatçımız yarımfinalın birinci matçını 1,5:2,5 hesablı məğlubiyyətlə başa vurub.

Yarımfinal mərhələsi iki gün ərzində keçirilən iki matçdan ibarətdir. Hər matçda dörd partiya oynanılır. İki günün nəticəsi heç-heçə olarsa, qalib tay-breykdə müəyyənləşəcək.

Qeyd edək ki, şahmatçımız dörddəbir finalda Niderland təmsilçisi Aniş Girini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.


Etiketlər:  Opera Euro Rapid Teymur Rəcəbov yarımfinal mərhələsinin birinci günündə ABŞ təmsilçisinə uduzub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ