Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində kvant kompüterləri üçün əməliyyat sistemi hazırlanıb

Çində kvant kompüterləri üçün əməliyyat sistemi hazırlanıb

Tarix: 12 Fevral 2021 09:57

Çinin “Origin Quantum” startapı kvant kompüterləri üçün “Origin Pilot” əməliyyat sistemini nümayiş etdirib. Məlumata görə, sözügedən əməliyyat sistemi kvant hesablamalarının sürətini bir neçə dəfə artıra bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Origin Pilot” adlı yeni əməliyyat sistemi kvant resurslarının idarə edilməsi və paralel hesablamalar üçün optimallaşdırılıb. Şirkətin bəyanatına görə, sistem, həmçinin kvant çiplərini avtomatik kalibrləyə bilər.

 

Yeni əməliyyat sisteminin kvant hesablamasının bulud platformasında tətbiq ediləcəyi və bütün istifadəçilər üçün əlçatan olacağı qeyd edilir.

 

Emil Hüseynov




Etiketlər:  Çində kvant kompüterləri üçün əməliyyat sistemi hazırlanıb


RƏYLƏR