Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş məhkum 4 kiloqrama yaxın heroinlə ələ keçdi

Keçmiş məhkum 4 kiloqrama yaxın heroinlə ələ keçdi

Tarix: 12 Fevral 2021 12:54

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alverçisi yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Nərimanov RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Məcidov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 835 qram heroin aşkar edilərək götürülüb.


Etiketlər:  Keçmiş məhkum kiloqrama yaxın heroinlə ələ keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ