Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda ümumi məhsul və xidmətlər buraxılışı artaraq 4 milyard 200 milyon manata çatıb

Sumqayıtda ümumi məhsul və xidmətlər buraxılışı artaraq 4 milyard 200 milyon manata çatıb

Tarix: 12 Fevral 2021 21:24

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Sumqayıt şəhəri üzrə nəzərdə tutulan 14 bənddən ibarət tədbirlərin uğurla icrası nəticəsində 2020-ci il ərzində şəhər üzrə ümumi məhsul və xidmətlər buraxılışı öncəki ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 4 milyard 200 milyon manata çatıb. İl ərzində şəhərin iqtisadi göstəriciləri də qənaətbəxş olub.

Sumqayıt İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 1 milyard 500 milyon manat təşkil edib.

Sənaye müəssisələrində 2 milyard 250 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.


Etiketlər:  Sumqayıtda ümumi məhsul xidmətlər buraxılışı artaraq milyard milyon manata çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ