Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atam öləndə Qvardiola zəng etdi''

''Atam öləndə Qvardiola zəng etdi''

Tarix: 13 Fevral 2021 08:52

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo "Mançester Siti"də çalışan həmkarı Xosep Qvardiola ilə aralarındakı mənəvi münasibətlər haqda danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Pepə daim hörmətlə yanaşdığını deyib.

"Həyatda elə anlar olur ki, bunu heç vaxt unuda bilmirik. Atam öləndə (2007-ci ildə) Qvardiola mənə zəng vurdu. Yeri gəlmişkən, yaşasaydı bu gün 83 yaşı tamam olacaqdı. O, atamın mənim üçün nə qədər vacib insan olduğunu bilirdi. Əlbəttə, onun da anası öləndə (2020-ci ilin aprelində) mən Pepə zəng vurdum. Elə şeylər var ki, insanlar bunu bilmirlər və bizim də bölüşmək imkanımız olmur. Bu gün isə belə bir imkan yarandı" - deyə Mourinyo mətbuat konfransında bildirib.

Qeyd edək ki, sabah İngiltərə Premyer Liqasının 23-cü turunda "Tottenhem" səfərdə "Mançester Siti" ilə qarşılaşacaq.


Etiketlər:  Atam öləndə Qvardiola zəng etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ