Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ançelottinin evindən seyf oğurlandı

Ançelottinin evindən seyf oğurlandı

Tarix: 13 Fevral 2021 14:08

İngiltərənin "Everton" klubunun baş məşqçisi Karlo Ançelotti xoşagəlməz hadisə ilə üzləşib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, italiyalı mütəxəssis qarətçilərin qurbanı olub.

Hadisə Mersisaydda yerləşən Blundelsandsedə baş verib. Maskalı iki şəxs Ançelottinin evinə girib.

Mütəxəssis hadisə zamanı evdə olmayıb. Onun qızı qarətçiləri qorxuda bilib ki, onlar da hadisə yerindən qaçıb. Lakin cinayətkarlar qaçarkən seyfi aparmağa müvəffəq olub.

Qeyd edək ki, Ançelotti 2019-cu ildən "Everton"u çalışdırır.


Etiketlər:  Ançelottinin evindən seyf oğurlandı


RƏYLƏR