Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 15:00
Alimlərin araşdırmalarına görə qaydasız yuxu rejimi insan səhhətinə həddən artıq mənfi təsir edir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bununla bağlı araşdırma aparılıb. Məlum olub ki, gündə 7 saatdan az yatmaq iki, 6 saatdan az yatmaq isə 3 dəfə ölüm riskini artırır.
Yuxu dərmanlarının qəbulu isə istənilən halda arzulanmaz xəstəliklərə səbəb olur.
Buna görə də mütəxəssislər yuxusuzluqdan əziyyət çəkən insanlara aşağıdakı qidaları qəbul etməyi məsləhət görür.
1.Maqnezium
Yaxşı yuxu üçün maqneziumla zəngin göyərti, balqabaq toxumu və Braziliya qoz-fındığını yeyə bilərsiniz.
2. Aminosirkə turşusu
Tədqiqatlar nəticəsində məlum olub ki, bu turşu dərin və rahat yuxu gətirir.
3. B12 və E vitaminləri
Orqanizmdə B12 səviyyəsinin aşağı olması yorğunluğa və yuxu pozğunluğuna səbəb olur. Buna görə də tərkibində çoxlu B12 və E vitaminləri olan qidalar istehlak edilməlidir. E vitamini yatmanıza kömək edən bir antioksidandır.
5.Yumurta və quş əti məhsulları
Bu qidaları mütləq yeməyinizə əlavə edin. Yuxunu normallaşdırmağa kömək edir.
6.Acı bibər
Bu ədviyyat əhval-ruhiyyə, enerji yüksəkliyinə kömək edir. Beyin funksiyaları üçün faydalıdır. İnfarktın qarşısını alır. Bütün zehni sağlamlığa faydalıdır.