Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 169 nəfər COVID-19-dan sağalıb, 155 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda 169 nəfər COVID-19-dan sağalıb, 155 nəfər yoluxub, 5 nəfər vəfat edib

Tarix: 13 Fevral 2021 15:42

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib, aktiv xəstə sayı 2 303 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 715, ötən müddət ərzində isə ümumilikdə 2 495 198 test aparılıb.


Etiketlər:  Azərbaycanda nəfər COVID sağalıb nəfər yoluxub nəfər vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ