Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 21:00
Özbəkistan pambığına olan boykotun - "Cekson-Venik" düzəlişinin aradan qaldırılması, bu ölkədə istehsal olunan mahlıcın və toxuculuq məhsullarının Qərb bazarlarında satışı bu ölkəyə ildə 1 milyard dollar gəlir gətirəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları Konqresi "Cekson-Venik" düzəlişinin aradan qaldırılması təşəbbüsü ilə çıxış edib.
Xatırladaq ki, "Cekson-Venik" düzəlişi 1974-cü ildə konqresmenlər Q. Cekson və Ç. Venik tərəfindən irəli sürülərək qəbul edilib. Düzəliş keçmiş SSRİ dövründə pambıq yığımında uşaq əməyindən istifadə edən Özbəkistan və bir sıra digər ölkələrə şamil olunub.