Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 10:12
Cəmiyyətin normal həyata dönməsi üçün vaksinasiya əsas mərhələdir.
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, peyvəndləmə koronavirusla mübarizənin növbəti mərhələsidir və çox vacibdir. Ona görə də sosial məsafə, maska məsələsində neçə həssas davranmışıqsa, məsuliyyətli olmuşuqsa, peyvənd olunmağa da beləcə yanaşmalıyıq.
Bir məsələ burada yada düşür, vaxtilə hələ sovet dönəmində müxtəlif peyvəndlərə qarşı insanlar inamsızlıq nümayiş etdirdilər. Nəticədə müxtəlif xəstəliklər oldu. Daha sonralar peyvənd olunma işində kütləvilik olunduqda, nəticə elə oldu ki, bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda xəstəliklərlə bağlı vəziyyət kökündən dəyişdi. Poliomielit, məxmərə, difteriya, göysökürək və s. onlarla xəstəliyin qarşısı alındı. Bax bu koronavirus peyvəndinə qarşı da eyni birliyi nümayiş etdirib, vaksin vurdurmalıyıq. Nahaq yerə deyil ki, bütün ölkələr vaksini əldə etmək istəyir, lakin az ölkələr bunu ala bilir.
İmkanlarımızın genişliyi həm də buna şərait yaradir ki, Azərbaycan digər ölkələrin istehsal etdiyi peyvəndlərinin əldə olunmasına da çalışır. Çünki peyvəndlər məhdud say dozalarla istehsal edilir və çatdırılır.
Deməli, Azərbaycanda peyvəndlərin sayı ilə bağlı heç bir problem olmayacaq, digər ölkələrdən fərqli olaraq. Ona görə də birlik nümayiş etdirib, mərhələli şəkildə peyvənd olunmağımız şərtdir, bu, cəmiyyətin normal həyata qayıtması və özümüzün, gələcək nəslin sağlamlığı üçün vacibdir.