Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 21:26
Daxili İşlər Nazirliyi "Narkotik vasitələrə yox de!" şüarı altında növbəti videoçarx yayımlayıb.
DİN Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumatda qeyd edilir ki, müasir dünyanı narahat edən əsas problemlərdən biri də narkomaniyadır.
Bu bəlaya düçar olan şəxslərin həyatları əksər hallarda faciə ilə sonlanır. Bu səbəbdən hər bir ölkə narkomaniyanın qarşısının alınması üçün çox ciddi profilaktik tədbirlər görməli, lazımi izahat işi aparmalı, narkomaniyanın cəmiyyət üçün nə qədər təhlükəli olduğunu nümayiş etdirməlidir.
Sadalanan amillər nəzərə alınaraq Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti narkotik vasitələrin insanların həyat və sağlamlığına vurduğu zərərdən bəhs edən növbəti sosial çarx hazırlayıb.