Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaksin virusun yeni ştammlarına qarşı da təsir göstərir - TƏBİB

Vaksin virusun yeni ştammlarına qarşı da təsir göstərir - TƏBİB

Tarix: 16 Fevral 2021 08:09

Bakı. İlhamə İsabalayeva – Trend:

COVİD-19 əleyhinə hazırda tətbiq olunan vaksin virusun yeni ştammlarına qarşı da təsir göstərir.

Bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, xəstəliyi keçirib sağalan şəxslərdə qazanılan immunitet virusun yeni ştammına qarşı da effektivdir.

N.Mustafayeva qeyd edib ki, viruslarda mutasiyalar daimi olaraq baş verir. Sadəcə, onların bəziləri əhəmiyyətsiz olur:

"Son 1 ildə COVİD-19 virusunda yüzlərlə mutasiya baş verib. Son 3 mutasiya isə daha çox əhəmiyyət kəsb etdi. Çünki virusa daha sürətli yoluxduruculuq qabiliyyəti qazandırdı".


Etiketlər:  Vaksin virusun yeni ştammlarına qarşı təsir göstərir TƏBİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ