Fransa millisinin və “Barselona”nın keçmiş futbolçusu Lilian Türamın oğlu Markus Türam karyerasını Almaniyada davam etdirəcək.
Qol.az xəbər verir ki, 22 yaşlı hücumçu Almaniyanın “Borussiya” (Münhenqladbax) klubuna transfer olunub. Bundesliqa təmsilçisinin rəsmi saytı “Genqam”dan alınan futbolçu ilə 4 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Markus 2017-ci ildən i“Genqam”da çıxış edirdi.