Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

80-ə yaxın mənzili qarət edən mütəşəkkil dəstənin məhkəməsi başlayır

80-ə yaxın mənzili qarət edən mütəşəkkil dəstənin məhkəməsi başlayır

Tarix: 16 Fevral 2021 14:24

Bakı. Samir Əli - Trend:

Bakı və Abşeronda 80-ə yaxın mənzili qarət edən mütəşəkkil dəstənin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, dəstə üzvləri Elçin Əhmədov və Yusif Əsgərovun işi üzrə sənədlər baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilib. Cinayət işi hakim Şövkət Nəcəfovanın icratına verilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun "fəaliyyəti" bununla da yekunlaşmayıb. Onlar paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.


Etiketlər:  yaxın mənzili qarət edən mütəşəkkil dəstənin məhkəməsi başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ