Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada koronavirus qurbanlarının sayı 240 mini keçib

Braziliyada koronavirus qurbanlarının sayı 240 mini keçib

Tarix: 17 Fevral 2021 09:10

Braziliyada son sutka ərzində daha 55 271 nəfərin koronavirus infeksiyasına yoluxması, 1167 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 921 981 nəfər yoluxub. Bu müddət ərzində 240 940 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 8 883 191 xəstə müalicə olunaraq sağalıb.


Etiketlər:  Braziliyada koronavirus qurbanlarının sayı mini keçib


RƏYLƏR