Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe 3 qol vurub, 3-cü oldu - VİDEO

Mbappe 3 qol vurub, 3-cü oldu - VİDEO

Tarix: 17 Fevral 2021 10:02

Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" ilə səfər matçında het-trik edən Kilian Mbappe bunu bacaran 3-cü futbolçu olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, indiyə qədər yalnız iki oyunçu Çempionlar Liqasında Kataloniya klubunun qapısına 3 top keçirməyi bacarmışdı.

Bunlar "Nyukasl"ın sabiq oyunçusu Faustino Aspirilya və Kiyev "Dinamo"sunun əfsanəvi hücumçusu Andrey Şevçenkodur. Onların hər ikisi buna 1997-ci ildə nail olub.

Mbappe eyni zamanda PSJ-nin heyətində bütün turnirlərdə vurduğu qol sayını 111-ə çatdırıb. 22 yaşlı forvard PSJ tarixinin ən məhsuldar 3-cü oyunçusudur. Onu yalnız Zlatan İbrahimoviç (156 qol) və Edinson Kavani (200) qabaqlayır.

PSJ isə Çempionlar Liqasında ardıcıl 20-ci səfər matçında fərqlənməklə rekorda bir addım yaxınlaşıb. Hazırda rekord 2010-2014-cü illərdə ardıcıl 22 səfər görüşündə qol vurmağı bacaran "Real"a məxsusdur.

Qeyd edək ki, "Nou Kamp"da 4:1 hesablı qələbə qazanan PSJ-nin "Barselona" ilə cavab görüşü martın 10-da keçiriləcək.

Milli.Az


Etiketlər:  Mbappe vurub oldu VİDEO


RƏYLƏR